Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:27
İyulun 7-də prezident İlham Əliyev Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında sərəncam imzalayıb.

Kompleksin layihələndirilmə və tikinti işlərində sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilir.

Sərancamda qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Bakı Şəhər İcra Hakimiyyəti birlikdə kompleksin yaradılması üçün torpaq sahəsinin müəyyən edilməsini və ayrılmasını təmin etsinlər.

Hər iki quruma tapşırılır ki, kompleksin tikintisi üçün müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilmiş podratçı ilə birbaşa müqavilənin bağlanmasını, eləcə də peşəkar beynəlxalq məsləhətçi cəlb edilməklə müqavilənin icrası ilə bağlı layihə idarəetməsini həyata keçirsinlər. .

Nazirlər Kabinetinə isə tapşırılır ki, Kompleksin tikintisinin maliyyələşdirilməsi ilə bağlı bir ay müddətində müvafiq tədbirlər görsün.

Günün bütün mövzuları

XS
SM
MD
LG