Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:29

Boris Nemtsova səfər qadağası qoyuldu?


Boris Nemtsov
Boris Nemtsov

Rusiya müxalifətinin ən tanınmış simalarından biri Boris Nemtsov bildirir ki, onun ölkəni tərk etməsinə qadağa qoyulub.

Fransanın Strasburq şəhərində olan Nemtsov deyib ki, bu barədə Rusiyadakı vəkilindən eşidib. Məlumata görə qadağa 6 aylıqdır və Nemtsov vətənə qayıdan kimi qüvvəyə minəcək.

Strasburqda demokratiyaya dair forumda iştirak edən müxalifət lideri bildirib ki, qadağaya baxmayaraq vətənə qayıdacaq.

AVROPA PARLAMENTİ TƏƏSSÜFLƏNİR....

Bu arada Avropa Parlamenti də Rusiya hökumətini Nemtsovun PARNAS Partiyasını qeydiyyata almaqdan imtina etdiyi üçün tənqid edib.

Avroparlamentin qəbul etdiyi qətnaməyə şifahi əlavə də edilib. Əlavəni Avropa Parlamentinin estoniyalı üzvü Kristiina Ojuland tərqdim edib:

“Avropa Parlamenti iyulun 5-də Boris Nemtsova qarşı tətbiq edilmiş 6 aylıq xaricə səfər qadağasına təəssüflənir və qadağanın dərhal ləğvinə çağırır”.

Amma Nemtsova səfər qadağası qoyduğu deyilən məhkəmə məlumatı təkzib edir.

“Nemtsovun xaricə səfərlrini məhdudlaşdıran hər hansı qərar qəbul edilməyib” – deyə Rusiya Federal Məhkəmə Pristavları Xidmətinin sözçüsü bildirib.

Nemtsovun vəkili isə israr edir ki, səfər qadağası mövcuddur və bu, siyasi səbəblərlə bağlıdır.

Nemtsov başqa bir kitabını - "Lujkov. Yekunlar"ı təqdim edir. 5 noyabr 2010
Vəkil iddia edir ki, qadağa Nemtsovun bir müddət qabaq səsləndirdiyi ittihamlarla bağlıdır.

Həmin ittihamlara görə, Rusiyada təbii qaz satışı ilə məşğul olan biznesmen Gennadi Timçenko baş nazir Vladimir Putinlə yaxın əlaqələrindən istifadə edərək Rusiyanın ən varlı insanlarından biri olub.

NEMTSOV SEÇKİSİZ QALDI

Həmin ittiham Nemtsovun həmmüəllifi olduğu və keçən il çap edilən “Putin. Yekunlar. 10 il” broşürasında yer alıb.

Onda Timçenko ittihamı rədd etmişdi və məhkəmə Nemtsovun öz broşürasına düzəliş etməli olduğu haqda qərar çıxarmışdı.

Nemtsov 1990-cı illərdə - prezident Boris Yeltsinin dövründə baş nazirin birinci müavini olub.

O hesab edir ki, istər səfərlərinə qoyulan qadağa, istərsə də, partiyasının qeydiyyata alınmaması siyasi motivlidir.

Nemtsovun PARNAS Partiyasının qeydiyyata alınmaması o deməkdir ki, 50 minə yaxın üzvü olduğu bildirilən partiya bu ilin dekabrında keçiriləcək parlament seçkilərində iştirak edə bilməyəcək.

Avropa Parlamentinin son qətnaməsində deyilir ki, partiya qeydiyyata alınmalı, Rusiya hökuməti azad və ədalətli seçki keçirilməsinə mane olan bütün qərarları ləğv etməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG