Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:28

«GSMMK» Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırır


Gənc Siyasi Məhbusların Müdafiə Komitəsi gənc fəal Bəxtiyar Hacıyev barəsində çıxarılan məhkəmənin hökmünün qüvvədə saxlanmasını siyasi sifariş hesab edir.

Komitənin iyulun 7-də yaydığı bəyanatda qeyd olunur ki, Bəxtiyar Hacıyev parlament seçkilərində baş vermiş saxtakarlığı ifşa etdiyinə, gəncləri müsbət dəyişikliklər uğrunda mübarizəyə çağırdığına və 11 martda müstəqil gənclərin etiraz aksiyasının təşkilinə kömək etdiyinə görə həbs edilib.

Müdafiə Komitəsi Bəxtiyar Hacıyevin həbsini qınayır və onları dərhal azad etməyə çağırır.

İyulun 6-da Gəncə şəhər Apelyasiya Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevin 2 illik həbsindən verilən şikayətə baxıb və əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Hərbi xidmətdən yayınmada ittiham olunan Bəxtiyar hacıyev bu mayında Gəncə şəhər, Nizami Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Gənc Siyasi Məhbusların Müdafiə Komitəsinə müxalif siyasi partiyaların və bir sıra müstəqil gənclər təşkilatları daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG