Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:06

ABŞ İranda edamlardan narahatdır


Birləşmiş Ştatlar İranda dini əqidəyə görə ölüm hökmü tədbiq edilməsinin mümkünlüyündən narahatdır.

13 il əvvəl xristianlığı qəbul eləmiş 32 yaşlı Yusif Nadarxani (Youcef Nadarkhani) dini əqidəsinə görə edam oluna bilər.

O 2009-cu ilin oktyabrında həbs olunub və şəriət qanunlarıyla ölüm hökmünə məhkum edilib.

Nadarxaninin vəkili Məhəmməd Əli Dadxah (Mohammad Ali Dadkhah) France-Press agentliyinə bildirib ki, ali məhkəmə ölüm hökmünü ləğv etsə də iş müttəhimin doğulduğu Rəşd şəhər məhkəməsinə göndərilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland Nadarxaninin İranda dini əqidəsinə görə təqib olunan min adamdan biri olduğunu deyir.
XS
SM
MD
LG