Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:37

Gürcüstanda saxlanmış fotomüxbirlərə qarşı ittiham irəli sürülüb


Gürcüstanda həbs olunmuş 4 fotomüxbirə qarşı rəsmi ittiham irəli sürülüb.

Onlar xarici şirkətlərə məxfi məlumatlar ötürməkdə ittiham olunurlar.

Saxlananlar Prezident Mixeil Saakaşvilinin şəxsi fotoqrafı İrakli Gedenidze və onun həyat yoldaşı Nina Gedenidze,

Gürcüstan Xarici İşlər Nazirliyinin fotoqrafı Georgi Abdaladze, fotomüxbir Zurab Kurtsikidze və «Associated Press» agentliyinin Gürcüstandakı fotomüxbiri Şax Ayvazovdur.

Amma Ayvazov bir qədər sonra şahid qismində ifadə verdikdən sonra sərbəst buraxılıb.

Onların vəkillərindən işin detallarını açmamaq barədə izahat alınıb.

Hüquq müdafiəçiləri və jurnalistlər Gürcüstan Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG