Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:54

C.Ashton: "Bakı və Yerevan ilin sonuna münaqişənin həll yolunu tapmalıdır"


Catherine Ashton
Catherine Ashton
Avropa Birliyi Ermənistanla Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmağa və ilin sonunadək həll yolu tapmağa çağırıb.

Belə bir bəyanatla Avroba Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yüksək səlahiyyətli nümayəndəsi Catherine Ashton çərşənbə günü Avropa Parlamentinin sesiyasında çıxış edib.

“Münaqişənin həlliylə bağlı baza prinsiplərində razılıq əldə olunması üçün səyləri davam etdirmək lazımdır və mən hər iki tərəfin danışıqlar və sülh prosesinə sadiqliyini alqışlayıram.

Amma yaxın aylarda biz daha çox şey görməliyik.

Tərəflər ilin sonunadək münaqişənin həlli yolunu tapmaq üçün səylərini artırmalıdır”

Catherine Ashton daha sonra qeyd edib ki, çox yüksək səviyyələrdə kəskin çağırışlara baxmayaraq, gözlənilən tərəqqi reallaşmadı və biz Avropa qonşuluq siyasətinin sentyabrda Varşavada keçiriləcək sammitinədək münaqişənin həllində irəliləyiş görmək istəyirik.

Catherine Ashton sonda qeyd edib ki, Avropa Birliyi vaxtı gələndə tərəflər arasında əldə olunmuş razılaşmanın həyata keçirilməsində üzərinə müəyyən cavabdehlik götürməlidir.

Amma birliyin ən vacib köməyi Azərbaycan və Ermənistanla münasibətləri möhkəmləndirmək, bu ölkələrdə demokratiya və iqtisadi islahatları genişləndirmək ola bilər.
XS
SM
MD
LG