Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:18

«NİYƏ ÖZÜMÜZÜ ALDADIRIQ Kİ?».

- Akif bəy, son bir ildə siyasətlə aranıza məsafə qoymusunuz. Akif bəy indi enerjisini hara sərf edir?

- Mən hesab etmirəm ki, gedən siyasi proseslərdən kənarda qalmışam. Hər halda, bu gün kənardan baxıram və öz mülahizələrim var. Bəlkə də indi sözüm Sizin üçün təəccüblü gələcək. Mənə elə gəlir ki, mənim kimi yüz minlərlə insan var ki, stabil və güclü dövlətin tərəfdarıdırlar. Mən son zamanlar belə qənaətə gəlmişəm ki, bəlkə Azərbaycanda monarxiya quraq? Mən bunu tam ciddi deyirəm. Niyə özümüzü aldadırıq ki? Hər beş ildən bir seçki keçiririk. Monarxiya quraq.

- Hakimiyyətdə Əliyevlər olsun?

- Başqaları yoxdur ki daha. Kim var ki? Tam ciddi deyirəm. Monarxiya qurulsun. Daxili çəkişmələrə ayrılan vaxt, enerji təhsilə, mədəniyyətə, səhiyyəyə yönəlsin. Güclü dövlətimizi yaradaq. Azərbaycanı istila edəndə, biz monarxiyanı bərpa edirik, qurmuruq. Bizdə şahlıq, sultanlıq olub. Biz əyalət olmuşuq.

- Seçki olmasın?

- Referendum keçirilsin. İkipalatalı sistem. Konstitusion monarxiya nəzərdə tuturam. Qərbi Avropada çox ölkələr konstitusion monarxiyalı dövlətdir. Burda elə bir dövlət qurmaq olar. Seçkilər olar. Parlamentə seçilmək olar.

- Bunun xeyri nə olar cəmiyyət üçün?

- Bu cəmiyyətə su səpilmiş kimi olar. Sabitliyə daha çox riayət olunar. Yoxsa mən qorxuram bizi də bu Ərəbistanda gedən proseslər yaxalasın.

- Onda belə çıxır ki, ərəb dünyasında baş verən hadisələrə münasibətiniz mənfidir?

- Əlbəttə mənfidir. Gözlərinin qarşısındakı diktator adamları 30 ildən sonra ayıldılar, gördülər. Dedilər ki, bunlar insan haqlarını pozanlardırlar. Bəyəm 10 il bundan qabaq pozmurdular?

- Onda belə çıxır ki, həmin adamlar 50 ildə qalmalı idilər?

- Yox. Mən deyirəm ki, bu, bizim stabilliyimizi pozmasın. Gəlin, monarxiyanı quraq. Bu, 30 il də, 50 il də olsa, bu monarxiyalı dövlət qurulandan sonra sabitlik olar. Bunlar özləri də rahat olarlar. Dava hamısı yorğan, stol davası deyil? Biri oturar idarə edər. Amma əlbəttə ki, onun üçün də xüsusi istedad, çeviklik lazımdır.

- Yəni hesab edirsiniz ki, korrupsiya varsa, bu narahatlıqdandır?

- Əlbəttə. Sabaha güman yoxdur da. Monarxiya olsa, korrupsiya da azalar, haradasa ədalət bərpa olar. Daha 5 ili gözləməyəcəklər də. Amma bu, olmasa, 2015-2016-cı ilə qədər bizi ərəb dünyasında baş verən proseslər gözləyir.

Verilişi tam olaraq buradan dinləyin:

Şərhləri göstər

XS
SM
MD
LG