Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:25

Prezidentin Sumqayıta səfəri tıxac yaradıb


İyulun 7-də prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri ilə əlaqədar yollar 2 saatdan çox bağlı olub.

Bu barədə AzadlıqRadiosuna Sumqayıtdan Bakıya gəlmək istəyən sərnişinlər məlumat veriblər:

«İsti havada qalmışıq tıxacda, səhər saat 9-dan dayanmışıq. Bütün nəqliyyatın hərəkəti dayanıb. Hər gün Sumqayıtdan Bakıya adam aparan taksi sürücüləri qiymətləri iki qat qaldırıblar».

Həmin müddət ərzində şəhərdaxili nəqliyyatın hərəkəti tam dayanıb, şəhərə giriş-çıxış da bağlı olub.

Sumqayıt şəhər İcra Hakimiyyətindən nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyəti prezidentin səfəri ilə izah ediblər.
XS
SM
MD
LG