Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:53

İsti hava ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim elan edilib


Foto: Arxiv

Foto: Arxiv

Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim elan edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu «Trend»ə deyib ki, bununla bağlı müdafiə naziri Səfər Əbiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, hərbi hissələrdə əsgərlər isti hava şəraiti ilə əlaqədar saat 11:00-dan 17:00-dək kazarma şəraitində saxlanılır.

Son həftə ərzində Azərbaycan ərazisində havanın hərarəti yüksəlib.

Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə qalxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG