Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:10

Rusiya ATƏT-in Minsk Qrupunun formatını dəyişməyin əleyhinədir


Sergey Lavrov, Edvard Nalbandyan və Elmar Məmmədyarov
Sergey Lavrov, Edvard Nalbandyan və Elmar Məmmədyarov
«Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik formatını dəyişmək cəhdləri səmərəsizdir».

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iyulun 6-da Moskvada ermənistanlı həmkarı Edvard Nalbadyanla danışıqlardan sonra bəyan edib:

«ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərlə görüşür, Bakı, Yerevan, Xankəndində olurlar. Onlar arasında çox yaxşı anlaşma var. Xüsusilə hazırkı həlledici mərhələdə vasitəçilik formatının dəyişdirilməsi barədə söhbətlərin səmərəli olmayacağını düşünürəm. Danışıqlar formatının dəyişdirilməsi kimi söhbətlər sadəcə illüziya yaradır».

S. Lavrov əlavə edib ki, formatı dəyişmək ideyası diqqəti mahiyyətdən yayındırır:

«Bu, Dnestryanı münaqişənin həlli prosesinə də aiddir. Əsas siyasi iradədir».

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin BMT Baş Assambleyası və ya parlament assambleyalarının müstəvisinə keçirmək cəhdlərinin mənası yoxdur:

«Heç bir parlament assambleyası indiyədək hansısa münaqişəni həll etməyib. İndi formatı dəyişmək barədə düşünmək məntiqli deyil. Biz danışıqların bu formatda davam etməsinin vacib olması fikrini bölüşürük».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG