Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:46

ANAMA-nın Ağstafadakı 5 illik layihəsi yekunlaşdı


Bu müddət ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonu ərazisində 640 mindən artıq sursatı zərərsizləşdirib.

Ağstafa rayonunun Saloğlu və Poylu kəndlərində yerləşən hərbi bazalar 1991-ci ildə sovet ordusu buraları tərk edən zaman dağıdılıb. Nəticədə partlamamış hərbi sursatlar böyük bir əraziyə yayılıb.

«Saloğlu» layihəsi çərçivəsində 5 milyon 683 min 769 kvadratmetr ərazidə yerüstü və eyni qədər yeraltı təmizləmə əməliyyatları həyata keçirilib. 640 mindən artıq sursat tapılıb, təhlükəsiz qaydada zərərsizləşdirilib.

Ərazidə mina və sursatların partlaması nəticəsində 80 nəfər yaralanıb, 37 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG