Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:19

«London taksiləri»ni «*9000» nömrəsi ilə sifariş etmək olar


Hər bir Bakı sakini «*9000» nömrəsinə zəng etməklə TX4 markalı («London Taksi») taksilərin xidmətindən istifadə edə bilər.

«Bakı Taksi» MMC-nin direktoru Rauf Orucov «AzərTAc»a bildirib ki, taksilər telefonla sifariş aldıqdan sonra deyilən ünvana gedir və sərnişini 5 dəqiqə müddətində hər hansı bir haqq almadan gözləyir. Sayğac isə 5 dəqiqədən sonra işə salınır.

«London taksiləri»ndə gediş tarifləri də aşağı salınıb. Hazırda 10 kilometr məsafəyə kimi 1 kilometr üçün gediş haqqı 70 qəpik, 10 kilometrdən 20 kilometrədək məsafə üçün 40 qəpik, 20 kilometrdən artıq məsafə üçün isə 20 qəpik müəyyənləşdirilib.
XS
SM
MD
LG