Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:28

Qadın yazarlar Nobel mükafatlı kişi yazarın cavabını verdilər


V.S.Naipaul
V.S.Naipaul
Nobel mükafatlı yazar VS Naipaul qadın yazarları qəzəbləndirib. Booker mükafatlı Yeni Zellandiya yazıçısı Keri Hulme hətta onu "qadınlara nifrət edən zırrama" adlandırıb.

Xatırladaq ki, hind əsilli Trinidad-Britaniya yazıçısı Naipaul qadın yazarları tənqid edərək onların həddən ziyadə sentimental olduğunu, dünyaya dar prizmadan baxdığını, feminizm çərçivəsindən kənara çıxa bilmədiyin və öz səviyyəsinə uyğun qadın yazar tanımadığını bildirib.

O hətta 18-19-cu əsrlərin tanınmış ingilis yazıçısı Jane Austen-i də "sentimental ambisiyaları"na görə tənqid edib.

Keri Hilme deyib ki, "bu qadına nifrət edən zırramanın yazdıqları ölməkdədir.

Naipaul bunu 30 il bundan qabaq görərək anlayıb. Onun yazdıqlarının öldüyünü görməyə hətta mənim də ömrüm yetəcək".

Yeni Zellandiyalı yazıçı düşünür ki, "Naipaul qocaldıqca onun iyrənc davranışı və ittihamları daha ürəkbulandırıcı olur.

Minlərlə tanınmış və tanınmamış qadın yazarın əsəri bu avaranın yazdıqlarından çox yaşayacaq".

Amerikalı yazar Francine Prose da Naipaul-un dediklərini pisləyib.

Onun fikrincə, yazarın kişi, yaxud qadın olması bu qədər qabardılmamalıdır.

"Onsuz da gələcəkdə... yazılara qiymət veriləndə onların hansı cinsdən olan yazar tərəfindən yazılması yox. yaxşı, yaxud pis yazılması əsas götürüləcək".

"Guardian"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG