Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:14
«Dünyanın heç bir ölkəsində Bakı Bulvarına bənzər bulvar yoxdur!»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «102 yaşlı Bakı Bulvarı kimin üzünü güldürür?»- mövzusunda açdığı müzakirəyə qoşulan Bakı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov söylədi.

Onun sözlərinə görə, son üç ildə olduğu xarici ölkələrdə ilk baş çəkdiyi məkan həmin yerin bulvarı olub. «Bakı sakinləri də, qonaqlar da, dünyanı məndən də çox gəzib dolaşan insanlar da deyir ki, heç bir ölkədə Bakı Bulvarı kimi bulvar yoxdur».

BULVARI BƏNZƏRSİZ EDƏN... XATİRƏLƏRDİR?

«Bəlkə Bakı Bulvarını bizə doğma, əziz, bənzərsiz edən oradakı 100 illik xatirələrdir»- sualını rəis müavini belə cavablandırdı: «özsüz ki, o da var! Bizim əksər filmlərimizdə Bakı Bulvarından səhnələr var- «Mirvari» kafesi, «Venesiya» su hövzəsi, Paraşüt qülləsi, «Sadko» kafesi. Məlumat üçün deyim ki, bu tarixi məkanlar bu gün də qorunur. «Mirvari» bərpa olunub, artıq istifadədədir. «Venesiya» təmirə bağlanıb. Bir neçə aya təmir başa çatacaq. «Sadko» kafesinə aid estekada da işlər sürətlə gedir. Paraşüt qülləsi öz adına uyğun fəaliyyət göstərməsə də, orada saatı, küləyin sürətini, havanın temperaturunu görmək olur. O özü də Bulvarın yaraşığıdır».

BAKI BULVARININ BƏXTİ YARANIŞDAN GÖZƏL OLUB

Nazim Məcidov bütün dünyada bulvarın okeanın, dənizin, çayın sahilində salınmadığına diqqət çəkdi: «Bulvar- yaşıl yer deməkdir. Ətrafında su hövzəsi olmayan bulvarlar da var. Amma Bakı Bulvarının yaranışından qisməti, bəxti gözəl olub ki, o Xəzərin sahilində qərar tutub. Həm də böyük bir ərazidə- 4 km-ə yaxın bir ərazidə salınıb. İndi də, bildiyiniz kimi bu ərazi hər iki istiqamətdə genişlənəcək. Həm də, Bakının iqlimi çətindir. Görün bu yer, bu dəniz, bu küləklər ağacları nə qədər sevib ki, Bakı Bulvarında 60-70 illik, son vaxtlar isə 150-200 və daha yaşlı ağaclar özünü tuta bilib. Bu özü Tanrıdan Bakımıza verilən bir nemət, bir lütfdür».

Bakı bulvarı
BULVARDAKI AĞACLAR UCUZ ALINIB, YOXSA BAHA?

Nazim Məcidov çoxlarını maraqlandıran bu suala elə verilişə gələrkən cavab hazırladığını bildirdi: «İndi Bakı kəndlərinə gedən yolda dünyanın hər yerindən gətirilmiş ağaclar satılır. Bizim gətirdiyimiz ağaclar da oxşar ağaclardır. Amma orada satılanlardan qat-qat ucuz başa gəlib. Çünki idarəmizin dünyanın bir çox ölkələrində bu sahə üzrə məşğul olan səriştəli şirkətləri ilə müqaviləsi var. Yerindən aldığımız üçün, həm də bizi ciddi partnyor saydıqlarından ucuz başa gəlir. 100 manatdan tutmuş 1000 manatadək qiyməti olan ağaclar, kollar, güllər salmışıq və düşünürəm ki, Bulvarımızı gözəl etməkdən ötrü xəsislik etməyə dəyməz».

30 MİNLİK AĞAC VARMI?

«Bu yaxınlarda Bakı Bulvarında 30 min manatlıq ağac olduğu xəbəri yayıldı. Bu doğrudurmu?»- sualı belə cavablandı: «Mənim bu barədə məlumatım yoxdur. Bəlkə də, var. Buna təəccüblənmək olmaz. Əgər bu nadir ağacdırsa və hər hansı ölkədən çətinliklə gətirilirsə, belə qiymət ola bilər. Amma mənim konkret belə bir ağac olduğundan xəbərim yoxdur».

BAKI BULVARI «EUROVİSİON»A NECƏ ÇIXACAQ?

Bulvar
Nazim Məcidov heç bu yarışmada qalib olub-olmayacağımızı bilmədən bu işə hazır olduqlarını bəyan etdi: «Bulvarımızı elə gözəlləşdirmişik ki, hər gələn qonağın qarşısında üzüağ ola bilərik. «Eurovision» layihələrindən birinin Bayraq Meydanında gözlənildiyini nəzərə alsaq, deməliyəm ki, İdman Sarayından Bayraq Meydanına qədər olan sahə 99 faiz təmizlənib. Yarışmaya qədər Bakı Bulvarı Bayraq Meydanına qədər uzanacaq. Çalışacağıq ki, yeni hissəni də köhnə kimi yaşıllıqlı, güllü-çiçəkli edək ki, gələn qonaqlar hər iki tərəfdə gəzə bilsin».

- 3 il öncə Bakı Dənizkənarı Bulvar İdarəsinin yaranması hansı üstünlüklər verdi?
- Bulvarın illik büdcəsi ilə bağlı dinləyici sualı necə cavablandı?
- Bakılılardan Bakı Bulvarı ilə bağlı sorğu keçirdiyimizi eşidən rəis müavini əvvəlcədən onların nədən narazı olduğunu haradan bildi?
- Bakı sakinlərinin bulvardan narazılıqları necə cavablandı? Yemək qiymətlərinin, attraksionların baha olması, dəniz suyunun pis qoxusu ilə bağlı rəis müavini nələr söylədi?
- Bundan sonra hər ay pulsuz attraksion günü olacağını bilirdinizmi? Nazim Məcidov şəhər sakinlərinə niyə müraciət etdi?
- Bakı bulvarında təmizləyici qurğular varmı?
- Bulvar İdarəsinin qaynar xəttinə- 012 480-18-36, 055 282-70-00 nömrələrinə hansı məsələlərlə bağlı müraciət edə bilərsiniz?
- Siz Nazim Məcidovun «Bakı Bulvarı» adlı mahnısının və klipinin olduğunu bilrdinizmi? Vüqar Camalzadənin bəstələdiyi, Ayaz Qasımovun oxuduğu, Nazim Məcidovun sözlərinə yazılmış mahnını elə bizim proqramda dinləyin:

Şərhləri göstər

XS
SM
MD
LG