Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:45

Azərbaycanla tanış olmaq üçün ölkəyə bir qrup BMT nümayəndəsi gəlir


Xarici İşlər Nazirliyinin dəvəti ilə Azərbaycanla daha yaxından tanış olmaları üçün Banqladeş, Burkina Faso, Konqo, Qambiya, Lesoto, Maldiv Adaları, Myanma, Nauru, Somali, Trinidad və Tobaqo, Dominikan Respublikasının BMT Yanında Daimi Nümayəndələrindən ibarət nümayəndə heyətinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Məlumata görə, səfərin məqsədi Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial həyatı və digər sahələrlə tanışlıqdır.

Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra dövlət rəsmiləri ilə görüşləri planlaşdırılıb.

Səfər iyulun 6-dan-8-nə kimi nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG