Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:58

Azərbaycanın valyuta ehtiyatları 40 mlrd. dollara çatıb


Azərbaycanın valyuta ehtiyatlarının həcmi 40 mlrd. ABŞ dollarına çatıb ki, bu da ölkənin xarici borcunu 7 dəfə üstələyir.

Bu barədə İqtisadi İnkişaf naziri Şahin Mustafayev bildirib.

Nazir Azərbaycanda sənayeləşmə prosesinin başlandığını qeyd edib. Bu proses zamanı dünyada öncül texnologiyaların Azərbaycana gətirilməsi, sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulub.

Ş. Mustafayev bildirib ki, sənaye şəhərciklərinin Sumqayıt, Gəncə şəhərlərində və Bakının Qaradağ rayonunda yaradılması planlaşdırılır. /APA/
XS
SM
MD
LG