Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:20

Gələn il Bakıda daha iki metro stansiyası istifadəyə veriləcək


Gələn il Bakı Metropoliteninin daha 2 stansiyası istifadəyə veriləcək.

Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

Bunlar «Memar Əcəmi-2» («Memar Əcəmi» stansiyasından keçid) və «Avtovağzal» stansiyalarıdır. Hazırda qeyd olunan istiqamətdə tikinti işləri davam etdirilir.

T.Əhmədov bildirib ki, metronun «Memar Əcəmi» stansiyasından paytaxtın «Azadlıq» meydanına xəttin çəkilişi də planlaşdırılır. Bu xətt ən tezi 2018-ci ilə hazır olacaq. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG