Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:11

20 mindən çox abituriyent imtahandan kəsildi


2011-12-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 3-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb.

Tələbə Qəbulu Dövlət Komitəsinin rəsmi saytının verdiyi məlumata görə, abituryentlər topladıqları ballar haqqında məlumatları saytdan, o cümlədən, mobil telefonla
“İmtahancell” xidməti vasitəsilə öyrənə bilərlər. Bildirilir ki, “İmtahancell” xidmətindən istifadə etmək üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

TQDK bildirir ki, III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 33 minə yaxın abituriyentdən 1800-dən çoxu imtahanda iştirak etməyib, 34 nəfər isə köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Test imtahanının nəticəsinə əsasən 9 minə yaxın abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

Komitə onu da bildirir ki, ixtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında artıq dərc olunub.
XS
SM
MD
LG