Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:28

Suriyada ölənlərin sayı artır


Suriya ordusu Hama şəhərini tanklarla mühasirəyə alıb, ordu isə şəhərdə reydlər keçirir. Şəhər sakinləri və insane haqları fəallarının verdikləri xəbərlərə görə, əsgərlər evlərə girir və insanları həbs edirlər. Bəzən isə atəş səsləri eşidilir. Bazar ertəsindən bu yana yüzlərlə adam tutulub, azı 10 nəfər öldürülüb. Öldürülənlərdən biri 13 yaşlı oğlan uşağıdır.

Bir həftə əvvəl bu şəhərdə Prezident Bashar al-Assadın istefası tələbiylə 100 min nəfər yürüş eləmişdi.

Ümumilikdə 14 həftədir davam edən ölkəböyu etirazlar nəticəsində azı 1300 dinc sakin öldürülüb. Hökumət 500-ə yaxın polis və əsgərin həlak olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG