Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:21

Məşhur politoloqun əsəri Azərbaycanca çap edildi


“Qanun” nəşriyyatı polyak əsilli Amerika politoloqu Zbiqnev Bjezinskinin “Böyük şahmat taxtası” kitabını Azərbaycan dilində nəşr edib.

Dünyanın ən məşhur politoloqlarından biri gələcək dünyanın siyasi xəritəsini proqnoz etməklə, dünyada və xüsusilə də Avrasiya kontinentində cari onilliyin geosiyasi situasiyasını təhlil edir.

1997-ci ildə yazdığı bu kitabda Bjezinski ABŞ-ın Avrasiya üzrə geostrategiyası haqda yazır.

Onun fikrincə, ABŞ Avrasiyada heç bir dövlətin dominant mövqeyə yiyələnməsinə və bununla onun bölgədəki maraqlarına təhlükə yaratmasına imkan verməməlidir.

SSRİ-nin qatı və ardıcıl əleyhdarı olan Bjezinski SSRİ-nin bütün kin-küdurətini miras olaraq qəbul edən Rusiyaya “Qara dəlik” simvolik adı verilən ayrıca fəsil həsr edib.

83 yaşlı Bzejinski vaxtilə Amerika prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri kimi də çalışıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG