Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:29

Təzəxan Mirələmli sərbəst buraxılıb


Polisi təhqir etməkdə ittiham olunaraq 2 sutkalıq cəza alan AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli iyulun 5-də sərbəst buraxılıb.

Təzəxan Mirələmli iyulun 4-də Cəlilabad rayon Məhkəməsi tərəfindən 2 sutkalıq cəzalandırılmışdı. İyulun 3-də Cəlilabad rayon Polis Şöbəsində saxlanılan oğluna yemək aparanda, yeməyi qəbul etməyən polislə onun arasında mübahisə olmuşdu.

Təzəxan Mirələmli müxalifətin 2 aprel aksiyasında döyülüb və bir müddət müalicə alıb.

Bu müddətdə onun oğlu məktəb yoldaşını bıçaqlayıb. İndi o, həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG