Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:33

Gürcüstan həm müsəlman icmasına, həm də erməni Apostol kilsəsinə hüquqi status verir


Gürcüstan patriarxı II İlya parlamentdə bəzi dini icmalara hüquqi status verəcək layihəyə baxılmasının dayandırılmasını istəyib. Yerli mətbuatın yaydığı xəbərlərə görə, qanun layihəsi Gürcüstanda fəaliyyət göstərən bəzi dini təşkilatlara hüquqi status verilməsini nəzərdə tutur.

Layihə erməni Apostol Kilsəsi, Roma-Katolik Kilsəsi, Müsəlman icması, Yəhudi icması və Baptist kilsəsini əhatə edir. Sənəd ötən həftə parlamentdə birinci oxunuşdan keçib.

Gürcüstan patriarxı isə sənədə baxılmasını istəmir. Gürcüstan Pravoslav Kilsəsinin yaydığı bəyanatda deyilir ki, parlamentin birdən-birə iyulun 1-də bu sənədi birinci oxunuşdan keçirməsi “xalq və gürcü kilsəsi üçün gözlənilməz addım” olub.

Patriarx bu layihənin belə sürətlə müzakirəyə çıxarılmasını başa düşmədiyini deyərək bildirib ki, Gürcüstan Provoslav Kilsəsinin statusu rəsmi Tiflislə birgə müzakirələrdən sonra müəyyən edilib. Bu zaman geniş ictimaiyyət və beynəlxalq ekspertlər bu işdə iştirak edib:

“Kilsə heç vaxt Gürcüstanda mövcud olan digər dinlərə status verilməsinin əleyhinə olmayıb. Amma hazırkı prosesdə məsələnin dərindən öyrənmək üçün hökumətlə birgə çoxtərəfli komissiya yaradılması, ictimai müzakirələrin təşkili vacib idi”.

Qanun layihəsi Gürcüstan Müsəlmanlar İdarəsinin statusunu müəyyən edəcək. Bununla da Gürcüstanda yaşayan azərbaycanlı müsəlmanların Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqələrinə xitam veriləcək.

Bu qanun həmçinin Gürcüstandakı erməni Apostol Kilsəsinə də hüquqi status vermiş olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG