Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:01

Strauss-Kahn fransız yazıçını məhkəməylə hədələdi


Tristane Banon
Tristane Banon
Amerikada otel xidmətçisini zorlamada suçlanmış, amma iddianın mötəbərliyi şübhə altına düşdüyü üçün zaminə buraxılmış Beynəlxalq Valyuta Fondunun keçmiş prezidenti Dominique Strauss-Kahn öz vətəni Fransada da zorlanma iddiası ilə üzləşib.

Strauss-Kahn zaminə buraxılan kimi fransız yazıçısı və jurnalisti Tristane Banon bildirib ki, məhkəməyə müraciət edəcək. Yazıçı iddia edir ki, 2003-cü ildə müsahibə almaq üçün görüşdüyü Strauss-Kahn onu zorlamağa cəhd edib.

Strauss-Kahn isə öz növbəsində qarşılıqlı iddia ilə çıxış edəcəyini, yazıçını ona böhtan atmaqda günahlandıracağını deyib.

32 yaşlı yazıçı eyni ittihamı 2007-ci ildə televiziyada səsləndirsə də, hüquq-mühafizə orqanlarına müraciət etməmişdi.

Yazıçının vəkili David Koubbi deyib ki, onun müştərisi əvvəllər öz anasının xahişi ilə polisə müraciət etməkdən vaz keçib.

Onun anası Strauss-Kahn-ın liderlərindən olduğu Fransa Sosialist Partiyasının Yuxarı Normandiya bələdiyyəsindəki nümayəndəsidir.

Yazıçı Tristane Banon vaxtilə televiziyada aparıcı və Paris-Match, Le Figaro qəzetlərində müxbir kimi çalışıb.

İlk romanı olan J’ai oublié de la tuer 2004-cü ildə çap edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG