Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:22

İran XİN-i sərhədi azərbaycanlıların pozduğunu deyir


İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst iki gün əvvəl İran-Azərbaycan sərhədində baş verən olay barədə məlumat verib.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyulun 3-də İran İslam Respublikasından keçən silahlı şəxslər Yardımlı rayonunun Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhədi pozub.

Sərhəd naryadına qarşı silah tətbiq edilib və naryadın başçısı leytenant Rüfət Quliyev həlak olub. Silahlı şəxslər İran İslam Respublikasına qaçıblar.

“Media forum” saytının məlumatına görə, Ramin Mehmanpərəst hadisə danışarkən bildirib ki, İran ilə Azərbaycan qonşu olduğundan adətən sərhəddə müxtəlif problemlər ortaya çıxır. «Nadir sərhəd hadisələri İranla Azərbaycan arasındakı qarşılıqlı münasibətlərə təsir etməməlidir».

Mehmanpərəstin dediyinə görə, Azərbaycanın bir sıra sərhədçisi İran ərazisinə daxil olduğuna görə sərhəddə məhdud qarşıdurma yaranıb.

İran rəsmisi əlavə edib ki, «belə hallarda hər iki ölkənin müvafiq rəsmiləri məsələni araşdırmalı, problemin həllinə çalışmalıdır».
XS
SM
MD
LG