Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:15

Gənc fəal Bəxtiyar Hacıyevin şikayətinə baxılacaq


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
İyulun 5-də Gəncə şəhər Apellyasiya Məhkəməsində həbsdəki gənc fəal Bəxtiyar Hacıyevin şikayətinə baxılacaq.

Ötən prosesdə vəkillər əvvəlki məhkəmə instansiyasının qəbul etdiyi qərarların, məhkəmə protokollarının müdafiə tərəfinə verilməsi, həbs qəti-imkan tədbirinin girovluqla əvəz olunması, videoçəkilişə icazə verilməsi kimi vəsatətlər qaldırıb.

Gənc fəal Bəxtiyar Hacıyev mayın 18-də 2 il müddətinə azadlıqdan məhrum edilib. O, hərbi xidmətdən yayınmada ittiham olunur.
XS
SM
MD
LG