Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:56

İranlı hüquq müdafiəçi 9 il müddətinə azadlıqdan məhrum edildi


İranda tanınmış hüquq müdafiəçi Məhəmməd Əli Dadxa 9 il müddətinə azadlıqdan məhrum edilib. Tehran məhkəməsi onu İslam rejimini devriməyə cəhddə təqsirli bilib.

Onun daha 10 il müddətində vəkillik praktikası və müəllimlik fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulub. Hüquq müdafiəçi həm də mənzilində sputnik antenası quraşdırdığına görə, 3 min dollar cərimə ödəməlidir.

Məhəmməd Əli Dadxa Nobel sülh mükafatçısı Şirin Ebadi ilə birgə insan hüquqları mərkəzini təsis edib. O, məhkəmənin qərarından şikayət verəcəyini bildirib.

Hüquq müdafiəçi həbs olunana qədər məhkəmələrdə 2009-cu il prezident seçkilərindən sonra həbs olunan müxalifət fəallarının maraqlarını müdafiə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG