Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:19

Təzəxan Mirələmli 2 sutka həbs cəzası alıb


AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli 2 sutka inzibati həbs cəzası alıb. AzadlıqRadiosuna bu barədə məlumat verən AXCP üzvü Dadaş Bayramovun sözlərinə görə, iki günlük cəzanın müddəti iyulun 5-də bitir.

Təzəxan Mirələmli iyulun 3-də Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan oğluna yemək aparıb. Onun AzadlıqRadisuna dediyinə görə, polis yeməyi qəbul etmədiyindən mübahisə yaranıb və Təzəxan Mirələmli saxlanıb.

Polis rəis müavini Eldar Səfərov isə AzadlıqRadiosuna Təzəxan Mirələmliyə ona qarşı zor işlədilməsi barədə məlumatların yalan olduğunu deyib.

Təzəxan Mirələmli müxalifətin 2 aprel aksiyasında döyülüb və bir müddət müalicə alıb.

Bu müddətdə onun oğlu məktəb yoldaşını bıçaqlayıb. İndi o həbsdədir.

Hadisədən iki saat sonra Təzəxan Mirələmlinin evinin qabağında aksiya keçirilib. Rəsmi televiziyalar isə bu hadisədən istifadə edərək əks-təbliğat yönümlü reportajlar hazırlayıblar.
XS
SM
MD
LG