Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:09

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası müsəlman idmançıları ilə bağlı qərarını açıqlayıb


Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (The International Weightlifting Federation) müsəlman qadın idmançılarına şad xəbər verib.

Belə ki, Federasiyanın Malayziyada keçirilən iclasında müsəlman qadınlara yarışlarda başıbağlı çıxış etməsinə icazə verilib.

Artıq bu ay Ayova ştatında yaşlılar arasında Ağır Atletika üzrə keçiriləcək yarışda iştirak edən müsəlman qadınlar saçlarını, əllərini və ayaqlarını örtə bilən geyimdə çıxış edə biləcəklər.

Qeyd edək ki, ABŞ- ın Corciya ştatından əslən pakistanlı ağırlıqqaldıran idmançı Gülsüm Abdullah ötən ilin dekabrında ağırlıqqaldırma üzrə ölkə kubokunda hicabda iştirak etmək istəsə də, Ağır Atletika Federasiyası buna icazə verməmişdi. Çünki, paltarın uzun qolu hakimləri onun dirsəyinin bağlı olub-olmamasını görməyə mane olurdu.

Bundan sonra isə idmançı xanım bu qadağanın aradan qaldırılması üçün Amerika-İslam Münasibətləri Şurasına müraciət etmişdi. O, həmçinin Federasiyaya 43 səhifəlik etiraz məktub da göndərmişdi.

Gülsüm Abdullah ümid edir ki, o, müsəlman qadınların Amerika idmanına yol tapmasına kömək edə biləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG