Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:50

AXCP təşkilat şöbəsinin müdirinin məhkəməsi təxirə salındı


AXCP təşkilat şöbəsinin müdiri Şahin Həsənlinin məhkəməsi baş tutmadı.

İyulun 4-də saat 11-ə təyin edilmiş prosesə hakim, dövlət ittihamçısı, təqsirləndirilən Şahin Həsənli gəlsə də, vəkillər və şahidlər gəlmədiyindən məhkəmə keçirilmədi.

15 dəqiqə hakimdən vaxt istəyən Şahin Həsənli müddət bitəndən sonra özü məhkəmənin təxirə salınmasını istəyib. Məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salındı.

Ş.Həsənli Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur. O, martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Barəsində həbs-qətimkan tədbiri seçilib.

Polis bildirir ki, Şahin Həsənlinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılıb.

Gəncə Apelyasiya Məhkəməsi həbs-qətimkan tədbirindən verilən şikayəti təmin etməyərək birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

AXCP isə bu həbsi siyasi sifariş sayır.
XS
SM
MD
LG