Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:29

Ramiz Rövşən. Gəlin açın yumruğumu


Sıxılmaqdan əlim şişib,
Dırnağım ovcumu deşib,
Barmaqlarım düyün düşüb,
Gəlin, açın yumruğumu!

Nə qedib yata bilirəm,
Nə qələm tuta bilirəm,
Nə bir daş ata bilirəm,
Gəlin açın yumruğumu!

Mən ki bir fağır oğuldum,
Birdən yay kimi yığıldım,
Boğuldum, Allah, boğuldum,
Gəlin açın yumruğumu!

Uçdu mən quran qalalar...
Yaxşı ki var gül balalar,
Dedilər: "Ovcunda nə var,
Gələk açaq yumruğunu?!"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG