Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

İslam Partiyası üzvlərinin məhkəməsi başlayır


Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, partiya sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı müəyyənləşib.

Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən «APA»ya bildiriblər ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesinin hazırlıq iclası iyulun 8-də olacaq.

İttiham olunan şəxslər yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan isə onlar Cinayət Məcəlləsinin

- 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq),

- 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq),

- 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə),

- 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama)

maddələri üzrə ittiham olunublar.
XS
SM
MD
LG