Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:51

Tailandda parlament seçkilərində müxalifət qüvvələri qalib gəlib


Tailandda bazar günü keçirilmiş parlament seçkilərində müxalifət qüvvələri qalib gəlib. Onlar 500 deputat yerindən 265-i qazanıblar. Bu haqda Tailandın seçki komissiyası məlumat yayıb.

Keçmiş baş nazir Abhisit Vejjajiva partiyasının parlament seçkilərində məğlubiyyətini etiraf edib.

Yeni baş nazirin 2006-cı ildə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılmış keçmiş baş nazir Thaksin Shinawatranın bacısı Yingluck Shinawatra olacağı gözlənilir.

Bu ötən il müxalifətin keçirdiyi kütləvi etiraz aksiyalarından sonra ölkədə keçirilən ilk seçkidir.

Həmin vaxt nümayişçilərlə polis arasında baş vermiş toqquşmalar 90 adamın ölümü, təxminən 2 min nəfərin yaralanması ilə nəticələnmişdi.
XS
SM
MD
LG