Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:09

İlham Əliyev: «ABŞ-la münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur»


İlham Əliyev və Barak Obama
İlham Əliyev və Barak Obama
Bu fikirlər prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının milli bayramı – 4 iyul Müstəqillik Günü münasibətilə prezident Barak Obamaya göndərdiyi təbrik məktubunda yer alıb.

Məktubda qeyd olunur ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir:

«Biz strateji əhəmiyyət kəsb edən enerji təhlükəsizliyinin təmin edilməsi, terrorizmə qarşı mübarizə sahəsində tərəfdaşlığımıza daim töhfə vermək əzmindəyik. Əminəm ki, həyata keçirdiyimiz irimiqyaslı iqtisadi layihələrin, demokratik, hüquqi dövlət quruculuğu xəttinin gerçəkləşməsi yolunda əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik».

«Birləşmiş Ştatların regionumuzda sülhün, sabitliyin bərqərar olmasında marağı bizim üçün çox əhəmiyyətlidir. Ölkəmizin ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına və soydaşlarımızın doğma yurd-yuvasından didərgin düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkənizin və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə öz bəhrəsini verəcəyinə böyük ümidlər bəsləyirik»-deyə məktubda bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG