Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:37

Mladiç Haaqa tribunalından imtina edir


Bosniyadakı keçmiş serb ordusunun komandanı Radko Mladiç bazar ertəsi Haaqa məhkəməsinə gəlməkdən imtina edib.

O 90-cı ilin ortalarında Bosniya müharibəsi zamanı soyqırım və hərbi cinayətlər törətməkdə ittiham olunur.

Mladiç bildirib ki, müdafiə tərəfinin tərkibi tam müəyyən olunmayınca məhkəmədə iştirak etməyəcək.

Bu barədə onun vəkili Miloş Saliç məlumat verib.

16 il idi ki, məhkəmədən yayınan Mladiç mayın sonunda Serbiyada həbs olunaraq Haaqa məhkəməsinə verilib.
XS
SM
MD
LG