Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:30
Türkiyədə hüquq-mühafizə orqanları son mövsümdə çempion olmuş İstanbulun «Fənərbaxça» futbol klubunun son iki oyunu ilə bağlı araşdırmalara başlayıb. Həmin oyunlar Türkiyə futbol çempionatının 28-ci həftəsində oynanılan «Fənərbaxça» – «Əskişəhərspor» və «Fənərbaxça»nın çempionluğunu elan etdiyi «Fənərbaxça»- «Sivasspor» oyunlarıdır.

AnsPress-in məlumatına görə, Türkiyə polisi bu oyunların klub rəhbərləri tərəfindən əvvəlcə razılaşdırıldığını və bu məsələdə futbolçulardan istifadə etdiyindən şübhələnir. Türkiyə mətbuatının məlumatına görə, bu səhər Türkiyə vaxtı ilə saat 7.00-dan etibarən bir neçə ünvanda keçirilən əməliyyatlar nəticəsində 100-ə yaxın futbol dünyasının məşhur simaları həbs olunub. Onların arasında futbolçular, klub rəhbərləri və futbol ictimaiyyətinin bir sıra tanınmışları var.

Həbslərə səbəb isə, «Fənərbaxça»nın çempionluğunun saxta olması, pulla alınması iddialarıdır.

Həbs olunanlar arasında «Fənərbaxça» futbol klubunun prezidenti Əziz İldirim, vitse-prezident Şekip Mosturoğlu, klub müdiri İlhan Ekşioğlu, «Əskişəhərspor»un baş məşqçisi Bülənt Uyqun, idman direktoru Ümid Karan və başqaları var.

Türkiyə polisi bu ilin fevralında da 55 nəfərlik dəstəni həbs etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG