Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:02

AXCP-nin Cəlilabad rayon təşkilatının sədrini polis saxlayıb


Təzəxən Mirələmli. 2 Aprel aksiyasından sonra. Foto: Elmin Həsənli

Təzəxən Mirələmli. 2 Aprel aksiyasından sonra. Foto: Elmin Həsənli

TƏZƏXAN MİRƏLƏMLİ SAXLANILIB

AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxən Mirələmli saxlanılıb.

Həbsdə olan oğluna ərzaq payı aparan AXCP funksioneri Təzəxən Mirələmli Cəlilabad polisində zorakılıqla üzləşdiyini idda edir.

Hazırda Cəliabad rayon polis bölməsində saxlanılan Təzəxan Mirələmlinin AzadlıqRadiosuna verdiyi məlumata görə, hadisə iyulun 3-ü səhər saatlarında baş verib.

Onun deməsinə görə, oğluna ərzaq payı vermək istəyərkən polis bölməsində pis rəftarla qarşılaşıb. Bir qədər mübahisədən sonra rəis müavini onun qarın və sifətinə zərbələr endirib. Təzəxan Mirələmli deyir ki, o zorakılığa məruz qaldığı halda polis bölməsində yalançı şahidlərin ifadələri əsasında akt tərtib edərək onu polis şöbəsində saxlayıblar:

«Mən oğluma yemək gətirmişdim, dedilər get saat 10-da gəl, həmin vaxt getdim yenə qəbul eləmədilər. Hiss elədim ki, pul istəyirlər. Dedim mən qanunla yemək gətimişəm, dedilər əgər elədirsə onda get 3 saatdan sonra gələrsən. Bir az mübahisə oldu, yeməyi qəbul edən adam mənə dedi ki, rədd ol burdan və bu zaman rəis müavini Eldar Səfərov gəldi, mənim qarınıma və sifətimə vurmağa başladı. Sifətimdə izlər qalıb».

RƏİS MÜAVİNİ TƏKZİB EDİR

Rəis müavini Eldar Səfərov Təzəxan Mirələmlinin saxlandığını təsdiqləsə də ona qarşı zor işlədilməsi barədə məlumatların yalan olduğunu deyir. Rəis müavinin sözlərinə görə, Təzəxan Mirələmli ictimai qaydanı pozduğuna görə saxlanılıb:

«Oğlu adam öldürdüyünə görə müvəqqəti saxlanma təcridxanasında yatır. Səhər tezdən şöbənin qabağında hay-küy salıb ki, gətirdiyim yeməyi bu saat mənim oğluma verməlisiz. Bizdə yeməklə təminat var deyə heç kimdən yemək götürülmür. Bununla bağlı protokol yazılıb və saxlanılıb. Onu heç kim vurmayıb. İndi yaydığı şəkil bir ay bundan əvvəlki şəkildir. Əgər onun sifətini görmək istəyirsinizsə sabah onun məhkəməsi olacaq gəlib baxa bilərsiniz».

Rəis müavini yeməyin qəbulu ilə bağlı Təzəxan Mirələmlidən pul istənilməsini də böhtan hesab edir.

Təzəxan Mirələmli isə deyir ki, rəis müavini törətdiyi zorakılığı ört-basdır etmək üçün yalançı şahidlərin ifadələri əsasında akt tərtib edib və o, qanunsuz olaraq polis şöbəsində saxlanılır.

«Mən heç bir bir ifadə verməmişəm və heç bir sənədə də imza atmamışam. Tələbim odur ki, bu işi polis yox, prokrorluq araşdısın. Rəis müavinin tabeliyində olan müstəntiqin ədalətli araşdırma aparması inandırıcı deyil».

Təzəxan Mirələmli müxalifətin 2 aprel aksiyasında döyülüb və bir müddət müalicə alıb.

Bu müddətdə onun oğlu məktəb yoldaşını bıçaqlayıb. İndi o həbsdədir.

Hadisədən iki saat sonra Təzəxan Mirələmlinin evinin qabağında aksiya keçirilib. Rəsmi televiziyalar isə bu hadisədən istifadə edərək əks-təbliğat yönümlü reportajlar hazırlayıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG