Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:10

Bu gün 3-cü ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib


Arxiv foto
Arxiv foto
İmtahan ölkənin 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıtda keçirilib.

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının məlumatına görə, 2011-ci ildə III qrup üzrə 32 min 869 abituriyent ərizə təqdim edib. Onlardan 29 min 529 nəfəri Azərbaycan bölməsinin, 3340 nəfəri isə rus bölməsinin məzunudur.

ABİTURİYENTLƏR ARASINDA QIZLAR ÇOXLUQ TƏŞKİL EDİR

Abituriyentlərin 9270 nəfərini oğlanlar, 23599 nəfərini isə qızlar təşkil edib.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 149 abituriyent xarici ölkələrin vətəndaşıdır. 198 abituriyent ali təhsilli və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

Ən yaşlı abituriyentin 72, ən gənc abituriyentinsə 15 yaşı var.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da «Space» telekanalında canlı yayımlanan «Abituriyent» verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefon vasitəsilə öyrənə biləcəklər.

III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən iyulun 7-dən 13-dək qabiliyyət imtahanı verməlidir..

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG