Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:13

«Kempinski Hotel-Badamdar» kompleksinin açılışı olub


«Kempinski Hotel-Badamdar»
İyulun 2-si Bakıda «Kempinski Hotel-Badamdar» kompleksi açılıb.

Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

«Gilan-İnşaat» MMC-nin tikdiyi kompleksə hotel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir.

Hotel 283 nömrədən ibarətdir. Ailəsi ilə bərabər istirahət etmək istəyən müştərilər üçün 37 mənzil var.

«Kempinski» hotelləri dünyaşöhrətli hotel brendi olmaqla bir çox Avropa, Asiya ölkələrində yayılıb.

Bu hotellərdə qiymətlər ölkəsindən asılı olaraq dəyişir. Məsələn, biznes paket üzrə qiymətlər belədir:

Sofiya (Bolqarıstan) - 85 Avro

Moskva (Rusiya) - 825 Avro

İstanbul (Türkiyə) - 475 Avro

Dubay (BƏƏ) - 210 Avro

Pekin (Çin) – 165 Avro.

«Kempinski Hotel-Badamdar» kompleksində qiymətlər haqda hələlik məlumat yoxdur. Hotelin rəsmi internet səhifəsi hələ açılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG