Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:22

Avtomobillərə texniki baxış proseduraları sadələşdiriləcək


Sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbulu proseduru da sadələşdiriləcək

Sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbulu proseduru da sadələşdiriləcək

Azərbaycanda nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi proseduralarının sadələşdirilməsi nəzərdə tutulur.

Bunu «Azərbaycan» qəzetinə müsahibəsində Daxili İşlər naziri Ramil Usubov deyib.

Bu məqsədlə növbələrin elektron idarəetmə sisteminin tətbiqi planlaşdırılır.

Dövlət Yol Polisi tərəfindən nəqliyyat vasitələrinin qeydiyyata alınması, sürücülük vəsiqələrinin verilməsi, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbulu prosedurası da sadələşdiriləcək.

«Ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin uçotu və gömrük rəsmiləşdirilməsi «bir pəncərə» prinsipi əsasında həyata keçiriləcək. Yaxın vaxtlarda bu proseduranın tətbiqinə başlanılacaq», - deyə R. Usubov bildirib.

Şərhləri göstər

XS
SM
MD
LG