Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:18

Goranboy rayon İcra Hakimiyyətinə şikayətçi silahla gəlib


Cinayət işi açılıb, araşdırma aparılır

Cinayət işi açılıb, araşdırma aparılır

Goranboy rayon sakini, keçmiş polis əməkdaşı, 1966-cı il təvəllüdlü Rəhman Qasımov ona məxsus ov tüfəngi ilə Goranboy rayon İcra Hakimiyyətinə şikayətə gəlib.

Bu barədə Goranboy rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, Rəhman Qasımov xəstə olduğu üçün Goranboy rayon Polis Şöbəsinin rəisi Məhəmməd Məmmədovdan maddi kömək istəyib. Lakin ona heç bir yardım edilmədiyindən diabetdən əziyyət çəkən Rəhman Qasımov evindən tüfəngi götürüb Goranboy rayon İcra Hakimiyyətinə gəlib. Polis rəisi Məhəmməd Məmmədovu görən Rəhman Qasımov onu atəş açacağı ilə hədələyib. Lakin mühafizəçilər onu tərksilah edərək saxlayıblar.

Rəhman Qasımov 2010-cu ildə xəstəliyə görə təqaüdə çıxıb.

İnsident zamanı heç kəs xəsarət almayıb. Goranboy rayon İcra Hakimiyyətinə hər hansı bir maddi zərər dəyməyib.

Cinayət işi açılıb, araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG