Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:50

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub


ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.

Bu vəzifəyə Viktoriya Sloun (Victoria Sloan) təyinat alıb. Xanım Sloun bu vəzifədə səlahiyyət müddəti başa çatan Terri Devidsonu (Terry Davidson) əvəz edəcək.

Yeni təyinata qədər ABŞ-ın Qazaxıstandakı səfirliyinin mətbuat katibi olmuş V. Sloun avqustda fəaliyyətə başlayacaq.

V. Sloun ictimai əlaqələr sahəsində sanballı mütəxəssis və postsovet ölkələri üzrə ekspert hesab olunur. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG