Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:05

Əxlaq normalarına ən çox müsəlmanlar riayət edir


Tatarıstan müsəlmanlarının dini tədbiri-İyun,2011

Tatarıstan müsəlmanlarının dini tədbiri-İyun,2011

Rusiyada aparılan sorğu iştirakçıları belə qənaətə gəlib

Rusiya Elmlər Akademiyasının Sosiologiya İnstitutu bütün ölkəni əhatə edən sorğu keçirib.

Moskva və Sankt-Peterburq sakinləri də daxil olmaqla 1750 respondent arasında aparılan sorğu zamanı onlara hansı din ardıcıllarının əxlaq normalarına daha çox riayət etməsi haqda sual verilib.

Sorğu iştirakçılarının əksəriyyəti bildirib ki, müsəlmanlar mənəvi dəyərlərə daha çox sadiqlik nümayiş etdirirlər. Belə ki, İslam ardıcıllarının aşağı, orta və yüksək mənəvi statusa malik göstəriciləri müvafiq olaraq 17%, 41% və 42% təşkil edib.

“İnterfaks”ın yaydığı xəbərə görə, pravoslavlarda bu göstəricilər 30%, 39%, 31%, digər dinlərin ardıcıllarında 46%, 23%, 31%, ateistlərin sırasında isə 32%, 43%, 25%-dir.

“Rusiyalıların nəzərində 20 illik islahatlar” ümumrusiya sosioloji tədqiqatında 18 yaşından yuxarı olan respondentlər iştirak edib. Tədqiqatçıların bildirdiyinə görə, kilsələrə və dini toplantılara Rusiya vətəndaşlarının 13 faizi baş çəkir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG