Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:44

ANS Vergilər Nazirliyini məhkəməyə verib


ANS
ANS
ANS Müstəqil Yayım və Media Şirkəti Vergilər Nazirliyinin Vergi Auditi Departamentini məhkəməyə verib.

Bu barədə 1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin internet səhifəsində məlumat verilib.

Bir müddət əvvəl ANS şirkətində vergi yoxlamaları aparan Vergilər Nazirliyinin Vergi Auditi Departamenti Şirkəti cərimələyib. Şirkət də cərimə aktının etibarsız sayılması üçün məhkəməyə müraciət edib.

Vergilər Nazirliyi mətbuat xidmətindən AzadlıqRadiosuna ANS tərəfindən məhkəməyə verilmə faktını təsdiqləyiblər.

Nazirlik cərimənin məbləğini açıqlamasa da Vergi Auditi Departamentinin yoxlamalarla bağlı mövqeyini müdafiə edir.

Nazirlikdə hesab edirlər ki, yoxlamaların nəticələri ilə razılaşmayıb Vergi Auditi Departamentini məhkəməyə verən təkcə ANS deyil, daha bir neçə hüquqi və fiziki şəxs də məhkəməyə üz tutub.

1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin internet səhifəsində verilən məlumata görə, ANS-dən başqa aktın etibarsız hesab edilməsi tələbi ilə «Bolluq-K» firması və «Azon» MMC də məhkəməyə müraciət edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG