Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:40
Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında film çəkiləcək.

Bu məqsədlə Azərbaycan və Türkiyə mədəniyyət nazirlikləri arasında müştərək film çəkilməsi ilə bağlı müqavilə imzalanıb və Türkiyədən yaradıcılıq qrupu Azərbaycana gəlib. (“Yeni Müsavat”)

Filmin çəkilişləri Türkiyənin tanınmış prodüseri Sevda Kayqısıza həvalə edilib.

Məlumata görə, filmdə Azərbaycanın və Türkiyənin tanınmış aktyorları rol alacaqlar. Baş rollardan biri Qəmər Banu obrazını Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova oynayacaq. M.Abbasova həm də filmdə prodüsser köməkçisi kimi fəaliyyət göstərəcək.

“Mahmud və Məryəm” romanı Türkiyədə də nəşr edilib.

Savaş, səfalət və böyük eşqi tərənnüm edən, Çaldıran döyüşü dövründən bəhs edən "Mahmud və Məryəm"in ekran versiyasında məhəbbəti uğrunda çöllərə düşən padşah oğlu Mahmudun bu səfər sırasında rastlaşdığı hadisələr öz əksini tapacaq. Filmin çəkilişlərinin Ərzurumda, Qarsda və daha çox Azərbaycanda aparılacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG