Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:40
"Qanun" nəışriyyatında "Çingiz Abdullayevin bütün əsərləri" seriyasından ikinci kitab işıq üzü görüb.

Tanınmış detektiv yazarının “İnsan ovu” romanı iki super­dövlət rəhbərləri – Qorbaçov-Reyqan-Buş – arasında 1988-ci ildə keçirilən tarixi görüşə hazırlanan sui-qəsd və onun qarşısının alınmasından bəhs edir.

Bu siyasi-detektivdə müəllifin digər əsərlərindən tanıdığınız Dronqonun növbəti şücaətləri əksini tapıb.

Roman real və məxfi informasiyalar üstündə qu­rulan kəskin, dramatik süjetə malikdir.

Ruscadan tərcümə Natiq Səfərovundur.

Çingiz Abdullayevin əsərlərinin Azərbaycanda nəşri və yayımı hüququ "Qanun" və "Əli və Nino" nəşriyyatlarına məxsusdur.

qanun.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG