Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:39

İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib


Azərbaycan prezidenti İlham Əliyev iyulun 1-də İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Azərbaycan ilə İran arasında bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirən İlham Əliyev siyasi sahədə əlaqələrin gücləndiyini vurğulayıb. Azərbaycan prezidenti iqtisadi sahədə yaxşı nəticələrin əldə olunduğunu, xüsusilə nəqliyyat və enerji sektorlarında konkret layihələrin icra edildiyini bildirib.

İran-Azərbaycan münasibətlərinin tarixi köklərə malik olduğunu deyən Əli Laricani ölkələr arasında münasibətlərdə Heydər Əliyevin xüsusi rolunu qeyd edib. O, İran ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
XS
SM
MD
LG