Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:33

Vaqif Səmədoğlu. Saat neçədir, qumru...


Saat neçədir, qumru,
Sən qonduğun budaqda?
Vaxt iz qoya bilməyir
Bu bağda, bu otaqda...

Yorğunluq tezmi çıxır,
Qumru, candan budaqda?
Bir qulaq as, tar çalır
Yenə kimsə uzaqda...

Eşitdinmi, gördünmü,
Kəsilməyib tar səsi,
Quşların uçan yerdə
Kəsilirmi nəfəsi?

Qumru, bu gün başımdan
Kimsə ağlımı alıb,
Sən qonduğun budaqda
Bayaqdan gözüm qalıb...

1985

Günün bütün mövzuları

XS
SM
MD
LG