Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:04

Vaqif Səmədoğlu. Yaman həzin, yanıqlı bir nəğmə kimi...


Yaman həzin, yanıqlı bir nəğmə kimi

düşürsən yadıma

bu musiqisiz günlərin səssizliyində.

Şən mahnı,

şux hava eşitmək arzusuyla

tutulub qulaqlarım,

eşitmirəm heç nə!

Bir kəs görünmür gözümə,

bəlkə də özüm dəymirəm

kimsənin gözünə

Yeganə ümidim sən idin,

sən də belə, belə düşürsən yadıma,

həzin, yanıqlı bir nəğmə kimi...

O da sözsüz.

1983

Günün bütün mövzuları

XS
SM
MD
LG