Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 16:59

Vaqif Səmədoğlu. Salam, ata...


Salam, ata, salam.

Bilirəm,

arxamdasan.

Məzarından cəmi əlli-altmış

addım bu yanda dayanıb

trolleybus gözləyirəm.

Trolleybusa minib,

sənin yanına

gələnə qədər

yaşamağa gedəcəyəm.

Ömür bu imiş, ata?

Gəldi...

Salam trolleybus,

əlvida ata...

1982
XS
SM
MD
LG