Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:22

Vaqif Səmədoğlu. Bir gün səslənəcək bu telefon...


Bir gün səslənəcək bu telefon

və ölüm qədər yaxın

doğma bir səs eşidəcəm...

Ömrün səslərində bir boşluq səslənəcək

və mənə gərəksiz olacaq

yer üzünün bütün özgə səsləri.

Və o an

Nə sayrışan ulduzların xışıltısı,

nə uşaq qəhqəhəsinin parıltısı

daha lazım olmayacaq mənə.

Ölüm qədər yaxın

doğma bir səs eşidəcəm...

1982

Günün bütün mövzuları

XS
SM
MD
LG